Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağac gövdəsində siluet görənləri təəccübləndirdi - Video

Kəsdiyi bir qoz ağacının gövdəsində "qadın silueti" olduğunu gördü. Ağacın fotoşəkilini çəkib ictimai mediada paylaşdı.

"Bizimyol.info "habertuk"ə istinadən xəbər verir ki, Türkiyənin Kastamon şəhərinin Dokuzkat kəndində odunculuk edən Osman Balta, kəsdiyi bir qoz ağacının gövdəsində "qadın sujeti" olduğunu gördü. Üzərinə su tökərək silueti daha aydın diqqətə çarpdıran Balta, çəkdiyi fotoşəkilləri ictimai mediada paylaşdı. Bunun sayəsində də Baltanı axtaran çox sayda adam ağacı satın almaq istədiklərini bildirərək, silueti görmək üçün Kastamona gələcəklərini söyləyiblər.

Osman Balta deyib ki, illərdir burada bar verməyən ağacları kəsib mebel firmasına göndərir. Balta, peşə həyatı boyunca çox sayda ağac kəsdiyini amma ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığını söyləyib. Kəsdiyi ağacın gövdəsində "qadın siluet" olduğunu görüncə təəccübləndiyini deyib. O, siluetin ağacın kökündən başlayaraq yuxarı doğru 2 metr davam etdiyini bildirib.

Ağacın fotoşəkilini ictimai mediada paylaşdıqdan sonra insanlarda bu fotoya olduqca böyük maraq olduğunu gördü. İstanbuldan, Bursadan çox zənglər alıb. Həvəskarlar ondan xahiş ediblər ki, ağacı satmasın, "biz gəlib baxacağıq, ondan sonra satarsan", - deyiblər. Odunçu: "Onların gəlməsini gözləyirəm. Qoz ağacının tonu təxminən min lirəyə satılır amma bu ağacı baha qiymətə satmağı düşünürəm. Maraq olduqca çoxdur", - deyə əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »