Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Mümkün mənfi nəticələrə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

"Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir".

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

"Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir. Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir", - deyə XİN-dən bildirilib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »