Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsgəndər Həmidov: “Tural Abbaslıya əl qaldırmamışam” - Video

Ötən gün Azərbaycan Xalq Hərəkatının (AXH) növbəti iclası keçirilib.

İclas zamanı gərginlik yaşanıb. Belə ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.

Davam edən iclas zamanı Tural Abbaslı və İsgəndər Həmidov arasında gərginlik daha da böyüyüb. Görüntülərdən göründüyü kimi İsgəndər Həmidov Tural Abbaslıya əl qaldırmaq həddinə gəlib. AĞ Partiyanın sədri Tural Abbaslı mətbuata açıqlamasında sabiq nazirin onu hərəkatdan uzaqlaşdırmaq istədiyini deyib.

Modern.az məsələ bağlı ətraflı məlumat almaq üçün sabiq daxili işlər naziri İsgəndər Həmidovla əlaqə saxlayıb. İsgəndər Həmidov deyib ki, Tural Abbaslı ilə onun arasında ciddi bir qalmaqal yaşanmayıb.

“Məsələləri müzakirə etmişik, onun öz fikri var, mənim öz fikrim. Mən heç kimə əl qaldırmamışam. olmayan bir şey haqqında danışmağım düzgün olmaz”.

İ.Həmidov daha sonra əlavə edib:

Tural Abbaslı mənim onu Azərbaycan Xalq Hərəkatından çıxarmağımla bağlı fikir irəli sürübsə, buna özü cavab verməlidir. Mənim Tural Abbaslıya heç bir mənfi münasibətim yoxdur, sadəcə olaraq məsələlərin müzakirəsi zamanı fikir ayrılığımız olub, bu da normaldır”.

Lakin iclas zamanı çəkilən videodan aydın görünür ki, İ.Həmidov T.Abbaslını vurmaq istəyir.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Livandan İsrailə raketlər atılıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
Son xəbərlər
Bütün xəbərlər »