Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya parlamentində saxta xəbərlərlə bağlı komitə yaradılır
Böyük Britaniya parlamentində uydurma və saxta xəbərləri araşdıracaq xüsusi Alt komitə yaradılıb.

Bu barədə İcmalar palatasının Rəqəmli texnologiyalar, mədəniyyət, media və idman komitəsinin məruzəsində bildirilir.

“Uydurma xəbərlərin demokratiyaya yaratdığı təhlükələrə dair araşdırmalarımızın davamına ictimai marağın olduğuna əminik. Ona görə də uydurma xəbərlərlə bağlı yeni bir alt komitə yaradırıq. Komitə üçün məxsusi sayt da yaradacaq, habelə may ayında rəqəmli texnologiyalar, mədəniyyət, media və idman naziri Ceremi Raytın iştirakı ilə dinləmələr keçirəcəyik”, - sənəddə göstərilir.

İlk dinləmələr zamanı “Qondarma və saxta xəbərlər” adlı daha əvvəl dərc olunmuş məruzəyə hökumətin cavabını, həmçinin internetdəki zərərli əməllərlə bağlı yaxın vaxtlarda dərc olunacaq məruzəni müzakirə etmək nəzərdə tutulur. Dinləmələrdə Rəqəmli texnologiyalar, mədəniyyət, media və idman komitəsinin üzvləri iştirak edəcəklər. (Report.az)

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »