Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Quska” ilə ittiham edilən DSX əməkdaşları azad edildi

Dövlət Sərhəd Xidmətinin əməkdaşları barəsində həbs-qətimkan tədbiri dəyişdirildi

Sabiq deputat, “Quska” kimi tanınan Hüseyn Abdullayevlə birgə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin əməkdaşları barədə həbs-qətimkan tədbiri dəyişdirilib. Bizimyol.info xəbər verir ki, bununla bağlı qərar Bakı Hərbi Məhkəməsində keçirilən hazırlıq iclasında verilib.

Bizimyol.info xəbər verir ki, H.Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiya tərəfindən baxılır.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirildikdən sonra Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları, iş üzrə təqsirləndirilən H.İbrahimov, Z.Quliyev və P. Kazımovu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəkillərin vəsatəti təmin edilib. Hər üç şəxs ev dustaqlığına buraxılıb.

H.Abdullayev məhkəmədə ittihamların əsassız olduğunu, həbsdə olduğu bir il ərzində ailə üzvləri ilə görüşə və telefonla danışmaq hüquqlarına məhdudiyyət qoyulduğunu deyib. O, bu qadağanın aradan qaldırılması ilə bağlı məsələ qaldırsa da, hakim Həbib Həsənov deyib ki, bu, məhkəməyə aid məsələ deyil, bununla belə, məhkəmədən asılı olan nəsə olsa, ediləcək.

H.Abdullayev Almaniyanın Azərbaycandakı səfirinin məhkəmədə iştirakına şərait yaradılmasını istəyib. O bildirib ki, ona Almaniyada siyasi sığınacaq verilmişdi. Hakim deyib açıq məhkəmə prosesi gedir, ona görə kim istəsə, gəlib iştirak edə bilər.

Baxış iclası aprelin 9-na təyin edilib.

H.Abdullayev bir neçə ildir Almaniyada yaşayırdı. O, ötən il Türkiyədə aprelin 22-də saxlanıb və Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib. Hüseyn Abdullayev külli miqdarda dələduzluq, qanunsuz sahibkarlıq və bir neçə bilyon manat vergidən yayınma, hədə-qorxu ilə tələb etmə cinayətlərində ittiham edilir. O, ümumilikdə bir neçə milyon manat vergi ödəməməməkdə ittiham edilir

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Yada salaq ki, Hüseyn Abdullayev parlament üzvü olarkən 2007-ci ildə hökumətin hesabatı zamanı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə mübahisə edib və əlbəyaxa olub və onun şikayəti əsasında həbs edilib. Hüseyn Abdullayev iki il şərti cəza alaraq məhkəmə salonundan azad ediləndən sonra xarici ölkəyə köçüb.

Son illər o, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqidi ilə tanınırdı.

Rəşad VASQİFOĞLU

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »