Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasda yemək yeyə bilmədiyi üçün qəbir daşlarını dağıtdı: “Heyfimi qohumlarından çıxdım” - Video

Yas mərasimində normal yemək yeyə bilməyən şəxs heyfini çıxmaq üçün kənd qəbiristanlığına gedərək yas sahiblərinin qohumlarının məzarlarını dağıdıb.

Bizimyol.info ARB-yə istinadən xəbər verir ki, hadisə Şəmkirin Keçili kəndində baş verib.

Səhər saatlarında kəndə səs salan olay hamını şoka salıb. Qəbiristanlığa üz tutan sakinlər yaxınlarının qəbirlərinin dağıldığını görüblər. Keçili kənd sakinlərinin Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciətindən sonra keçirilən əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən şəxs saxlanılıb.

Coşqun Nəcəfli – Saxlanılan şəxs: "Yas yerinə gec çatdım. Yemək dedim, gətirmədilər. Mənə də pis təsir etdi. Hamıya verdilər, mənə yox. Mən də qəbiristanlığa gedib heyfimi daşlardan çıxdım. Onların qohumlarından çıxdım. Başqa heçnə etmədim. Bircə güldanları qırdım, bir də gülləri dağıtdım. Tək səhvim o olub. Səhvimə görə də çox peşmanam, gərək etməzdim. Onların pisliyi özünə qalardı”.

Saxlanılan şəxsin etirafı hadisənin bilərəkdən törədildiyini təsdiq edir. Qəbiristanlıqda 50-dən çox məzara ziyan vurmaqla kənd sakinlərinin heysiyyətinə toxunmaq və sonra da peşman olduğunu səsləndirməklə özünə bəraət qazandırmaq qəribə səslənsə də polisi inandıracaq qədər yetərli olmayıb.

Coşqun Nəcəfli barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

Son xəbərlər
Bütün xəbərlər »