Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli İnsanovun partiya yaradacağı xəbərinə reaksiyalar

“Əli İnsanovun siyasi partiya yaradacağı və mənim də orada təmsil olunacağım barədə yazılanlar qeyri-ciddi informasiyadı”.

Bunu Bizimyol.info saytına açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. O hesab edir ki, bu, xüsusi xidmət orqanlarının yaydığı informasiyadır. “Olmayan məsələni müzakirə etməyə ehtiyac görmürəm. Mən özüm partiya sədriyəm və normal fəaliyyətimiz davam edir”.

Bir neçə gün əvvəl mediada həbsdən yeni çıxan sabiq səhiyyə naziri Əli İnsanovun Ən Yeni Azərbaycan Partiyası yaradacağı barədə informasiya dərc edilib. News24.az saytının “etibarlı mənbə”yə istinadən dərc etdiyi məlumatda bildirilir ki, Əli İnsanovun partiyasına qoşulanlar arasında keçmiş deputatlar Maksim Musayevin, Rizvan Cəbiyevin, keçmiş nazir Əli Nağıyevin, habelə Binəqədi rayonunun keçmiş icra başçısı, əslən Qərbi Azərbaycandan olan Elşad Musayev, jurnalist Əvəz Zeynallı və başqalarının olacağı gözlənilir. Məlumatda o da bildirilib ki, partiyanın ilk qurultayının mayın 28-də keçirilməsi qərara alınıb.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bizimyol.info saytına bildirib ki, sözügedən informasiya həqiqəti əks etdirmir. “Sabiq səhiyyə naziri Əli İnsanovun partiya yaradacağı barədə məlumatlı deyiləm. “Ancaq mənim də guya yaranacaq partiyada təmsil olunacağım barədə yazılanlar doğru deyil. Bir neçə gün əvvəl həbsdən çıxan Əli İnsanovla görüşmüşəm və bu barədə də sosial şəbəkədə məlumat paylaşmışam. Bundan sonra news24.az saytında xəbər dərc edildi ki, Əli İnsanov “Ən Yeni Azərbaycan Partiyası” yaradır, partiyada təmsil olunacaq şəxslərin sırasında mənim də adımı çəkiblər. Ancaq araşdırdıq ki, bu saytın rəhbəri müğənni və iş adamı kimi fəaliyyət göstərən Ruhi Əliyevayadır. Hesab edirəm ki, həqiqətə uyğun olmayan bu informasiya Ruhi Əliyevanın yaxın adamı olduğunu bildiyimiz İlham Rəhimovun istəyi ilə sayta yerləşdirilib” – deyə Əvəz Zeynallı bildirib.

Adıçəkilən digər şəxslərlə əlaqə saxlamağa cəhd etsək də, mümkün olmadı.

Əli İnsanov 2005-ci ildə həbs olunub. Dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində təqsirli bilinərək, 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Cəza müddətinin başa çatması ərəfəsində ona əlavə ittiham verilib. Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyalar saxlama və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə təqsirli bilinən sabiq nazir daha 4 il müddətinə azadlıqdan məhrum edilib.

O, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »