Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müzakirələr əsnasında emosiyalar coşdu” – AXH-də insident - Video

Tural Abbaslı ilə İsgəndər Həmidov arasında qalmaqal

Azərbaycan Xalq Hərəkatının (AXH) iclasında sabiq daxili işlər naziri İsgəndər Həmidovla AĞ Partiya sədri Tural Abbaslı arasında insident yaşanıb. Canlı yayımlanan iclasda tərəflər arasında yaranan mübahisə zamanı İ. Həmidov T. Abbaslıya əl qaldırmağa cəhd edib.

Tural Abbaslı Bizimyol.info saytına açıqlamasında deyib ki, insidentə yaranan mübahisə səbəb olub: “İsgəndər Həmidovun mənə qarşı iradları oldu. O mənim Xalq Hərəkatının İdarə Heyətinin üzvlüyündən çıxarılmağımı istədi. Müzakirələr əsnasında emossiyalar coşdu. Həmin anda ola bilsin səs-küylü olub. Sonda səsvermə oldu və İ.Həmidovun iddiaları əsassız olduğu üçün təklifi keçmədi”.

Tural Abbaslı bildirir ki, İ.Həmidovun ona qarşı bu cür mövqe tutmasının səbəbi hələ də qaranlıqdır: “Bilmirəm ki, niyə mənə qarşı əsassız arqumetlərlər, ümumi sözlərdən istifadə etməklə çıxış etdi. Hər halda, özünün hansısa fikirləri var, yəqin ki, cəmiyyətə də bu barəıdə məlumat verər. Amma aydın olan odur ki, mən Azərbaycan Xalq Hərəkatının əsasnaməsinə zidd heç bir hərəkət etmədiyim halda, belə bir təkliflə çıxış etdi və qəbul olunmadı”.

İsgəndər Həmidov isə bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib və “iş prosesində bu cür halalrın olması mümkündür” deməklə kifayətlənib.

Qeyd edək ki, İ.Həmidov iclasda Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Xalq Hərəkatının İdarə Heyətinin üzvlüyündən çıxarılmasını təklif edib. AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən çıxarılıb.

Bundan sora T. Abbaslı ilə İ. Həmidov arasında gərginlik yaşanıb. T. Abbaslı İ. Həmidova çox qeyri-səmimi insan olduğunu söyləyib. Sabiq müdafiə naziri R. Qazyev də iclasın gedişində davranışı ilə bağlı İ. Həmidova iradını bildirib. R. Qazıyevin çıxışına Milliyətçi Hərəkat Partiyasının sədri Valeh Qaramanlı müdaxilə edib. Buna əsəbiləşən R. Qazıyev onu “gədə” adlandırıb və tərəflər bir-birinin ünvanına ağır sözlər deyiblər.

Daha sonra T. Abbaslı və İ. Həmidov arasında mübahisə yenidən başlayıb. T. Abbaslı İ. Həmidova pozuculuq işi apardığını, həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" dediyini bildirib.

İ.Həmidov bunun ardından T.Abbaslının hərəkatın İdarə Heyətindən uzaqlaşdırılması təklifi ilə çıxış edib. Sabiq nazir arqument kimi T. Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı "Yeni Müsavat"a verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib. T. Abbaslı təklifin əleyhinə çıxaraq, bunun hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi qəbul edilməyib.

Qeyd edək ki, Azərbaycan Xalq Hərəkatı bu ilin yavar ayında təsis edilib. Sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü olan quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Andranikin qulağını kim kəsmişdi... - Adı az çəkilən Zəngəzur qəhrəmanı
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› Yol polisi katalizator məsələsi ilə bağlı suallara aydınlıq gətirib
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
Son xəbərlər
Bütün xəbərlər »