Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəz geyimlərin zamanı bitir: Almaniyada sonuncu samur ferması da bağlandı

Avropada xəz geyimlərə münasibət birmənalı deyil. Heyvanların müdafiəsi təşkilatları böyük etiraz aksiyaları keçirirlər. Xəz biznesi ilə məşğul olanların işləri heç də rəvan getmir.

Bizimyol.info xəbər verir ki, Almaniyadakı son samur ferması da bağlanıb. Beləcə Raden şəhərindəki xəz təsərrüfatı fəaliyyətini dayandırıb.

Hadisələrin belə axar alacağı hələ keçən aydan məlum idi. Heyvan müdafiəçiləri bürosu fermadan dronla çəkilmiş görüntüləri saytlardan birində yerləşdirmişdi. Həmin görüntülərlə samurların necə pis şəraitdə saxlandığı, uzun müddət susuz qaldığı üzə çıxmışdı.

Samur Samur

Şimali Reyn-Vestfaliya vilayətinin veterinar müfəttişləri fermaya gələndə qəfəsləri boş görüblər. Təsərrüfat rəhbərinin dediyinə görə, ictimaiyyətin təzyiqi öz işini görüb, biznesini dayandırmaq qərarına gəlib. Sahibkar fermanı 2017-ci ildə açmışdı. Onun sözlərinə inansaq, ictimaiyyətin reaksiyası ona heç vaxt bu işdən qazanc götürməyə imkan verməyib.

Keçən il “Versace” moda evinin rəhbəri Donatella Versaçe geyimlərin hazırlanmasında təbii xəzdən imtina etdiyini açıqlamışdı. O, “mən daha heyvanları öldürmək istəmirəm” demişdi. “Versace”nin ardınca “Gucci”, “Michael Kors” və “Jimmy Choo” da belə qərar vermişdi.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »