Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti şirkətinin aldatdığı vətəndaşlar bu gün etiraz aksiyası keçirəcək

“GEN” MMC tərəfindən aldadılmış payçılar zərərçəkmiş kimi tanınmasına, dəfələrlə ən yüksək dövlət orqanları önündə aksiyalar keçirməsinə, yüksək vəzifəli məmurların qəbullarında olmasına baxmayaraq, zərərçəkmişlərə dəymiş zərər ödənilmədi. İndi ölkədə aparılan islahatlar, Prezidentimizin orta və aşağı təbəqəyə göstərdiyi xüsusi qayğı bizdə sönən ümidləri dircəldib”.

Bu barədə bizimyol.info-ya “GEN” MMC tərəfindən aldadılmış payçı Afət Əzizova bildirib.

O qeyd edib ki, payçıların bu il Prezident Administrasiyasına və Baş Prokurorluğa etdiyi müraciətlər nəzərə alınıb: “Bizim məsələnin həlli Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunub. İcra başçısı Eldar Əzizov bizi qəbul edərək mümkün köməkliklərin ediləcəyinə söz verilib. Görüşdə payçılardan biri bu işi “Şərurlu İsfəndiyar” kimi tanınan işadamı İsfəndiyar Axundova tapşırılmasını ondan xahiş edib. Bu təklif başqa payçıları etirazına səbəb olub. Başçının qəbulundan iki gün sonra “Şərurlu İsfəndiyar” zərərçəkənləri öz ofisində dəvət edib.

İş adamı üç ərazidə, Saray qəsəbəsində, Yeni Yasamalda və pilot layihə çərçivəsində Rəşid Behbudov küçəsində nə vaxtsa tikintisinə başlanılacaq binalardan mənzillər təklif edib.

Bizim verdiyimiz pullara o vaxt ev alıb, içində də 12-14 il yaşamaq mümkün idi. O vaxt şəhərin ən görkəmli yerində evlər 1 kvadratmetri 500 manat idi. Hamı qocalıb, 12 illik stress hamını yarımcan edib, ölən ölüb, qalanlar ya daxmalarında, ya kirayələrdə sürünürlər”.

Payçı Afət Əzizov bildirib ki, elə bu gün payçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz skiaysı keçəcəyik: “Bizim problemin həllinin “Şərurlu İsfəndiyar”a həvalə olunmasına, qiymətlərə dövlət nəzarəti olmadan tikinti şirkətləri ilə üz-üzə qoyulmağımıza etirazımızı bildirəcəyik”.

Ramid İbrahimov

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »