Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AKP-dən şok: Seçki bitməyib – Pozuntu faktları

31 mart seçkilərində İstanbuldakı sandıqlardan çıxan səslərin rəsmi sənədlərə yanlış qeyd olunduğu müəyyən edilib.

AKP-nin İstanbul mahal sədri Bayram Şənocaq səslərin səhv qeyd edilməsinə dair sənədlərlə çıxış edib.

Göstərilən protokollardan məlum olur ki, İstanbulun Bağcılar bölgəsində Sancaqtəpə məhəlləsindəki 1212 nömrəli sandıqda Binəli Yıldırımın 131 səs toplamasına baxmayaraq, rəsmi qeydlərdə 1 səs göstərilib. Yıldırımın topladığı 130 səs seçki sənədlərinə yazılmayıb. Sultanbəylinin Adil məhəlləsindəki 2004 nömrəli sandıqda isə 201 səs toplayan Binəli Yıldırımın rəsmi sənədlərdə cəmi 1 səs topladığı qeyd edilib.

Bayram Şənocaq bundan əlavə bir çox seçki məntəqələrində AKP namizədinin səslərinin yanlış hesablanması, CHP namizədinin səslərinin artırılmasına dair nümunələr çəkib.

Şənocaq seçkinin hələ bitmədiyini, hər bir səsin öz yerini tapana qədər öz hüquqlarından istifadə edəcəklərini açıqlayıb.

Xatırladaq ki, Türkiyənin Yüksək Seçki Qurumunun sədri Sadi Güvən seçki nəticələrinə etiraz üçün vaxtın bu gün saat 15:00-da başa çatacağını açıqlayıb. Seçki məntəqələrinə etirazlara baxılması üçün 2 gün vaxt verilir. (Axar.az)

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »