Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanı öldürülən jurnalistin övladlarını pulla “alır”: Hərəsinə 4 milyon dollar

Səudiyyə Ərəbistanı hakimiyyəti İstanbuldakı səfirlikdə öldürülən jurnalist Camal Qaşıqçının övladlarına böyük miqdarda kompensasiya ödəyir. Bu haqda “Washington Post” qəzeti yazıb.

Bizimyol.info xəbər verir ki, jurnalistin iki oğlu və iki qızının hər biri hakimiyyətdən 4 milyon dəyərində ev alıb. Bundan başqa, hər ay onlara 10 min dollar təzminat veriləcək. Bir şərtlə ki, ictimaiyyət qarşısında açıqlama verərkən təmkinli davransınlar. Yəni Səudiyyə Ərəbistanı hakimiyyəti əleyhinə artıq ifafələr işlənməsin.

Cinayət işində təqsirləndirilənlərin məhkəməsindən sonra jurnalistin övladlarına yenə onmilyonlarla kompensasiya çatacaq.

Uşaqlardan yalnız biri - Salah Səudiyyə Ərəbistanında yaşayır. Qalanları ABŞ-a köçüb və hakimiyyətdən aldıqları evləri satmağı düşünürlər.

Qaşıqçı ailəsi mümkün qədər hakimiyyəti tənqid etməməyə çalışır. Halbuki az qala bütün dünya onların atasının ölümündə Səudiyyə Ərəbistanı taxt-tacının varisi, kralın oğlu Məhəmməd bin Salmanı günahlandırır.

Keçən ilin noyabrında Qaşıqçının övladları açıqlamasında jurnalistin hakimiyyət tənqidçisi olmadığını, əksinə, monarxiyaya inandığını bildirmişdi. Bundan əvvəl isə Salah və Camalın qardaşı Saleh Məhəmməd bin Salmanla görüşüb, şahzadənin əlini sıxmışdılar.

Məhəmməd bin Salman

Qaşıqçı keçən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyinə daxil olandan sonra yoxa çıxmışdı. Onun meyitinin qalıqlarını bundan 21 gün sonra səfirlik ərazisində tapmışdılar.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »