Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır - Birincilik mübarizəsi başlayır

Kriminal aləmin ən nüfuzlu “qanuni oğru”su, “Taro” ləqəbli” Tariel Muluhov (Oniani) aprelin 9-da azadlığa çıxacaq.

2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. “Taro” 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin hələ 2017-ci ildə “qanuni oğru” məhkəmə yolu ilə cəzasını 9 il 10 ay müddətinə azaltmağa nail ola bilib.

Nəşrin məlumatına görə, Federal Penitensiar Xidmət (FSİN) məhkəməyə müraciət edərək kriminal avtoritet azadlığa çıxandan sonra onun üzərində inzibati nəzarət qoyulmasını, eləcə də iki aydan bir yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydiyyatdan keçmək və saat 22:00-dan səhər saat 06:00 qədər evdən kənara çıxmamaq öhdəliyi qoyulmasını tələb edib.

FSİN isə bildirib ki, “Taro” həbs müddətində qaydaları 253 dəfə pozub. Buna görə, onu 2 dəfə karserə salıblar, 8 dəfə izolyator ilə cəzalandırıblar.

Nəşr qeyd edir ki, gürcü əsilli Oniani sərbəst buraxıldıqdan sonra oğru dünyasında birinci yer uğrunda mübarizə başlayacaq.

O, İspaniya hüquq-mühafizə orqanları tərəfindən “pul yuyulması”na və cinayətkar qruplaşma yaratmağa görə axtarışa verilib. Mənbələr şübhə edirlər ki, “qanuni oğru” ispan ədalətinin əlinə düşə bilər. Onar güman edirlər ki, Oniani Gürcüstana deportasiya oluna bilər. O isə böyük ehtimalla oradan Türkiyəyə keçəcək. (Qafqazinfo.az)

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »