Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərədə futbol klubu məşqlərdən imtina etdi: Futbolçular iki aydır maaş almır

İngiltərənin ikinci futbol liqasında oynayan “Bolton” klubu ciddi maliyyə problemi il üzləşib. Rəhbərlik futbolçuların məvacibini verə bilmir. Onlar etiraz əlaməti olaraq 48 saat məşqləqdən imtina edib.

Bizimyol.info xəbər verir ki, “Bolton” rəhbərliyinin borcu 1,2 milyon funt sterlinqə (təxminən 1,58 milyon dollar) çatıb. Futbolçuların və klub əməkdaşlarının iki aylıq maaşı təxminən bu qədərdir.

Bolton “Çempionşip” adlanan ikinci liqada heç də yaxşı günlərini yaşamır. Klub 39 turdan sonra 24 komanda arasında 23-cü yeri tutur. Üçüncü liqaya düşməmək üçün, heç olmasa, 21-ci yerə yüksəlmək lazımdır. “Bolton” həmin pillədə qərarlaşan “Miluoll”dan 5 xal geri qalır.

Pulsuzluğa baxmayaraq, futbolçular klubu ikinci liqada saxlamaq üçün əlindən gələni edir. Son turda səfərdə “Kuins Park Reyncers” üzərində qələbə (2:1) şansları xeyli artırıb. Qarşıda hələ 7 tur var. “Bolton” ikinci liqada yerini qoruya bilər.

“Bolton” İngiltərənin köklü klublarından sayılır. Klub 1874-cü ildə yaradılıb. İndiyə qədər yüksək liqada 73 mövsüm keçirib. “Bolton” dörd dəfə İngiltərə kubokunun qalibi olub.

Son xəbərlər
Bütün xəbərlər »