Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölən ölüb, qalanlar ya daxmalarında, ya kirayələrdə sürünürlər" - Şərurlu İsfəndiyara daha bir ittiham

GEN MMC-nin payçıları Bizimyol.info-ya üz tutublar. Onlar öz müraciətlərində aldadıldıqlarını və Şərurlu İsfəndiyar kimi tanınan iş adamından narazılıqlarını dilə gətiriblər. Müraciətdə deyilir:

"GEN MMC tərəfindən 2006-2008- çi illərdə aldadılmış payçıları ötən uzun illər ərzində bütün məhkəmələri keçsələr də, dəfələrlə ən yüksək dövlət orqanları önündə aksiyalar keçirməklə problemlərinin həllində dövlətdən kömək umsalar da , yüksək rütbəli məmurların qəbullarında olmalarına baxmayaraq , Apellyasiya məhkəməsində qəbul edilmiş Xüsusi Qərarın işləməsi təmin edilmədi. İndi ölkədə aparılan islahatlar, Prezidentimizin orta və aşağı təbəqəyə göstərdiyi xüsusi qayğı bizdə sönən ümidləri dirçəldib.

Bu il Prezident Administrasiyasına, Baş Prokurorluğa elədiyimiz müraciətlər eşidilib, bizim məsələnin həlli BŞİH- nə həvalə olunub. Başçı E.Əzizov bizi qəbul edib. Mümkün köməkliklərin ediləcəyinə söz verilib. Görüşdə payçılardan biri bu işi Şərurlu İsfəndiyara tapşırılmasını xahiş edib. Yalnız bir nəfər! Bu təklif başqa payçıların etirazına səbəb olub .

Başçının qəbulundan iki gün sonra şərurlu İsfəndiyar zərərçəkənləri öz iqamətgahına, Qollivud ş/ evinə dəvət edib. Üç ərazidə, Saray qəsəbəsində onun özünün dediyinə görə hələ 3- cü mərtəbəsi tikilməkdə olan binalardan 1kv/500 AZN, Yeni Yasamalda hazır binalarında 1kv/ 1200 AZN-dən dən və pilot layihə çərçivəsində R.Behbudov küçəsində nə vaxtsa tikintisinə başlanılacaq binalardan mənzillər təklif edib.

Bizim verdiyimiz pullara o vaxt ev alıb, içində də 12-14 il idi yaşamaq mümkün idi . O vaxt şəhərin ən görkəmli yerində evlər 1kv/ 500 AZN idi. Hamı qocalıb, 12 illik stress hamını yarımcan edib, ölən ölüb, qalanlar ya daxmalarında, ya kirayələrdə sürünürlər.

"Şərur" un təklif etdiyi mənzilləri həmin ərazidə fəaliyyət göstərən maklerlərdən daha ucuz ala bilərik.

Biz elə həmin günü meriya yığışıb bizim problemin həllinin "Şərur"a həvalə olunmasına, qiymətlərə və bizim dövlət nəzarəti olmadan tikinti şirkətləri ilə üz-üzə qoyulmağımıza etirazımızı bildirdik.

Bizə bu günkü bazar qiymətləri ilə mənzillər təklifi qayğı adlanır? Biz hesab edirik ki, Prezidentimiz məsələnin bu cür həllindən xəbərsizdir . Səsimizi ona çatdırmaq istəyirik!

"Şərur"lu İsfəndiyarın indiyə qədər tikinti bazarında böyük "zəhmət" lə yaratdığı narazılıqlar bir tərəfə, Şəhid ailəsinə elədiyi hörmətsizliyidən sonra biz onun "yardım"ından imtina edirik".

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »