Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Inın qardaşı aeroportda necə öldürülüb: Həbs olunan ikinci qadın da azadlığa çıxır

Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın öldürülməsinə görə həbsdə olan sonuncu şəxs də yaxın vaxtlarda azadlığa çıxacaq. Bu qadın Vyetnam vətəndaşı Doan Txi Xuonqdur.

Bizimyol.info xəbər verir ki, Kim Çen Namın 2017-ci ildə Kuala-Lumpur aeroportunda VX – sinir toksinindən zəhərləndiyi iddia olunur.

Xuonq əvvəlcə Kim Çen Namı qəsdən öldürməkdə ittiham olunurdu. Buna görə onun haqqında edam hökmü çıxarıla bilərdi. Amma aprelin 1-də məhkəmə ittihamı dəyişərək yüngülləşdirib. Qadın mayın əvvəlində azadlığa çıxa bilər. 2017-ci ilin fevralında həbs olunduğu vaxtdan bəri çəkdiyi cəza yetərli hesab olunur.

Doan Txi Xuonq Doan Txi Xuonq

“Mayın birinci həftəsində o, evdə olacaq”, - deyə vəkil söz verib.

Xuonq özü deyib ki, həbsdən buraxılandan sonra ya müğənni, ya da aktrisa olmaq olmaq istəyir.

Bu hökm faktiki o anlama gəlir ki, Kim Çen Inın qardaşının öldürülməsinə görə məsuliyyət daşıyanlar tapılmayıb.

Mart ayında məhkəmə gözlənilmədən bu iş üzrə başqa bir təqsirləndirilən şəxsin – İndoneziya vətəndaşı Siti Aysiyanın günahsızlığı əsasıyla həbsdən buraxılmasına qərar vermişdi. O da Kim Çen Namın zəhərlənməsində şübhəli bilinirdi.

Onda Doan Txi Xuonqda ümid yaranmışdı ki, məhkəmə ona münasibətdə də belə qərar verə bilər. Amma martın 14-də məhkəmə onun üzərindən ittihamları götürməkdən imtina etdi.

Həmin məhkəmə iclasında o, ağlayaraq demişdi: “Bir Allah şahiddir ki, biz onu öldürməmişik. İstədiyim odur ki, ailəm mənim üçün dua eləsin”.

Hər iki qadın günahsız olduğunu bildirirdi. Siti Aysiya məhkəmədə demişdi ki, onu Kim Çen Namla zarafat etməyə göndəriblər. Təxminən 90 dollar verib deyiblər ki, verdikləri uşaq yağını zarafat məqsədilə onun üzünə sürtsün.

İnsanı iflic edən VX əsəb toksini kimyəvi silah hesab olunur.

Vəkillər məhkəmədə bildiriblər ki, casuslar öz oyunlarında bu iki sadəlövh qadından istifadə ediblər. Onlar bu oyunda sadəcə, piyada olublar.

Kim Çen Namın necə öldürülməsinə gəlincə, hadisə 2017-ci il fevralın 13-də baş verib. Olayın necə baş verdiyi aeroportdakı kamera görüntülərində aydın şəkildə öz əksini tapıb. O, Kuala-Lumpur aeroportunda Makao reysinə minik başlanmasını gözləyirmiş. Həmin vaxt ona iki qadın yaxınlaşıb. Olayın necə baş verdiyi aeroportdakı kamera görüntülərində aydın şəkildə öz əksini tapıb. Qadınlardan biri onun üzünə nəsə atıb. Dərhal qadınlar geri çəkiliblər.

Kim Çen Nam xəstəxanaya aparılarkən yolda ölüb.

Kim Çen Nam Kim Çen Nam

ABŞ və Cənubi Koreya hökuməti hesab edir ki, Kim Çen Namı elə Şimali Koreya kəşfiyyatının agentləri öldürtdürüb. Amma Şimali Koreya hökuməti bu iddianı rədd edir.

Bu hadisədə daha dörd nəfər şübhəli var. Amma onlar hadisə günü Malayziyanı tərk ediblər. Onlara qarşı qiyabi şəkildə ittiham irəli sürülüb. Onlar İnterpol xəttilə axtarışa verilsə də, məsuliyyətə cəlb etmək mümkün olmayıb.

Kim Çen Nam ailənin ən böyük oğlu olub. 2011-ci ildə atasının ölümündən sonra Şimali Koreyanın yeni lideri postuna kiçik qardaşı Kim Çen Inın namizədliyinin irəli sürülməsi qərara alınandan sonra o, demək olar ki, ailə üzvlərilə danışmırdı.

2000-ci illərin əvvəlində Kim Çen Nam Şimali Koreyadan gedərək, əsasən, Makao, Sinqapur və ya Çində yaşayırdı. O, ailəsi haqqında da tənqidi fikirlər səsləndirirdi. 2012-ci ildə çapdan çıxmış kitabında yazırdı ki, hazırda Şimali Koreyaya rəhbərlik edən kiçik qardaşının liderlik keyfiyyətləri yoxdur.

Bununla belə, həmişə də deyirdi ki, özünün ölkə rəhbərliyində təmsil olunmaq niyyəti yoxdur.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »