Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İrşad Electronics”in rəhbərinin anası da dünyasını dəyişdi

Bir müddət öncə müəmmalı şəkildə ölən “İrşad Telekom” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin anası Züleyxa Hacıyeva dünyasını dəyişib.

Bizimyol.info Musavat.com-a istinadən xəbər verir ki, Züleyxa Hacıyeva uzun sürən xəstəlikdən sonra martın 31-də həyatdan köçüb. O, ölümündən bir neçə ay əvvəl oğlu İrad Hacıyevin mal-mülkünün, biznesinin ələ keçirilməsi üçün öldürüldüyünə dair açıqlamalar vermişdi.

Yada salaq ki, İrad Hacıyevin meyiti 14 sentyabr 2018-ci ildə yaşadığı ünvanda aşkar edilib. Ortada olan məlumatlardan belə aydın olur ki, həmin gün səhər İrad Hacıyev evdən çıxıb işlərinin dalınca getməyə hazırlaşıb. Gündəlik idman stilindən həmin gün imtina edən məşhur biznesmen klassik geyimdə evdən çıxmağa hazırlaşırmış. İrad Hacıyev kostyum geyinib evdən çıxıb, işgüzar görüşə gedəcəkmiş... Lakin İrad Hacıyev iş dalınca gedə bilməyib. Həmin gün onun meyitini mənzilindəki vanna otağında həyat yoldaşı Nigar Hacıyeva (Qəhrəmanova) aşkar edib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu iş adamının intihar etdiyini açıqlasa da, anası oğlunun qətlə yetirildiyini iddia etmişdi.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »