Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava - Xəsarət alanlar var

Gürcüstanın Tsalka rayonunun Bareti kəndində azərbaycanlılar və gürcülər arasında kütləvi dava baş verib.

Bizimyol.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Rustavi 2” kanalı məlumat yayıb. Məlumata əsasən, azərbaycanlı və yerli svanlardan ibarət iki qrup gənc arasında baş vermiş qarşıdurma nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəb kimi müxtəlif versiyalar irəli sürülüb. Qarşıdurmaya səbəb iki ay öncə dini zəmində baş vermiş mübahisə göstərilsə də, bəzi kənd sakinləri buna siqaretin səbəb olduğunu bildiriblər.

Polis bir neçə gündür Bareti kəndində 24 saat rejimdə ictimai asayişi qoruyur.

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› DSX-nin əsgəri özünü güllələyib
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
Son xəbərlər
Bütün xəbərlər »