Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Altı ildir xəstə dostunu çiynində daşıyan məktəbli - Video

Çində 12 yaşlı məktəbli altı ildir ki, öz dostunu kürəyində daşıyır. Çünki dostu xəstəliyi üzündən gəzə bilmir.

Bizimyol.info xəbər verir ki, dostlar – Syuy Binyan və Çjan Tsze Çinin Sıçuan vilayətinin Meyşan şəhərində yaşayırlar. Onlar birinci sinifdə tanış olublar. Çjan dörd yaşından miasteniya adlanan sinir-əzələ xəstəliyindən əziyyət çəkir. Bu xəstəlikdən əziyyət çəkənlərdə əzələlər çox tez yorulur. Bu üzdən o, təkbaşına hərəkət edə bilmir.

Birinci sinifdən etibarən iki sinif yoldaşı Çjana öz köməyini təklif edib. Həmin sinif yoldaşlarından biri Syuy olub. Onlar hər gün Çjanı məktəbə aparır, binada bir sinif otağından digərinə getməyə kömək edir, dərsdən sonra da evə geri qaytarırdılar. Çjana kömək edən dostlardan biri üçüncü sinifdə deyib ki, onun artıq vaxtı yoxdur. Belə olan halda, Syuy tək qalıb. Buna baxmayaraq, dostunu təkbaşına daşımaqda davam edib.

“Syuy Binyan mənim ən yaxın dostumdur. Hər gün o, mənimlə birlikdə dərs öyrənir, danışır, oynayır. Hər gün beləcə mənim qayğıma qaldığına görə ona çox minnətdaram”, - Çjan belə deyib.

Syuy isə bildirir ki, dostuna kömək etmək onun üçün çətin deyil: “Mənim çəkim 40 kiloqramdır, Çjan isə 25 kiloqram. Ona görə də dostumu daşımaq mənim üçün çətin deyil”.

Son xəbərlər
Bütün xəbərlər »