Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balasını qorumaq üçün sahibini tapdaladı

Təkcə insanlar yox, heyvanlar da balasını qorumaq üçün bəzən özündən güclü ilə ölüm-dirim savaşına girir. Britaniyada inək öz balasına görə sahibinə xəsarət yetirib.

Bizimyol.info xəbər verir ki, hadisə İngiltərənin Surrey qraflığının Bletçinqli kəndindəki fermada baş verib. Ferma sahibi mal-qaranın saxlandığı yerə daxil olanda inək ona hücum edib. İnəyin balası yenicə doğulubmuş. Ona görə də ehtimal edilir ki, inək balasını ondan ayırıb aparacağını güman edərək, ferma sahibini yerə yıxıb, tapdalayıb. Qadın döş qəfəsi və ayaqlarından ağır xəsarət alıb.

Hadisə yerinə gələn Təcili Tibbi Yardım qadını vertolyotla Londondakı xəstəxanaların birinə çatdırıb.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »