Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“260 manat pensiya ilə bilmirəm kirayəni ödəyim, kredit borclarımı verim, yoxsa ailəmi dolandırım” - Video
İkinci qrup əlil İsmayılov İlkin Məmmədrza oğlu məşğulluq və mənzil probleminin həll olunması üçün icra hakimiyyəti orqanlarına müraciət edib.

Bizimyol.info-ya müraciət edən İ.İsmayılov aldığı pensiya ilə yaşamağın qeyri-mümkün olduğunu bildirib.

“İkinci qrup əliləm, 260 manat pensiya alıram, ailəmlə birgə Sumqayıt şəhərində 200 manat müqabilində kirayədə yaşayırıq. Xroniki virus mənşəli C hepatitindən əziyyət çəkirəm. Altı yaşında bir qız övladım var, hazırda Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbin birinci sinifində təhsil alır. Aldığım pensiyadan hər ay 200 manat kirayə, 20 manat komunala çıxanda yerdə qalan 40 manatla bir ay deyil, cəmi bir həftə dolanırıq. Bir sözlə 260 manat pensiya ilə bilmirəm kirayəni ödəyim, kredit borclarımı verim, yoxsa ailəmi dolandırım. İşsizəm, işlə bağlı çox yerə müraciət etsəmdə öz həlli yolunu tapmır”,-deyə İ.İsmayılov bildirib.

Şikayətçinin sözlərinə görə, Sumqayıt şəhəri Məşğulluq İdarəsindən ona iki vakansiya üzrə iş təklif ediblər: “Təklif etdikləri işlərin aylıq əmək haqları isə çox az idi 150 manat. Gündəlik xərcləri nəzərə alsaq həmin əmək haqqı təbii olaraq heç çürə bizim ehtiyacımızı ödəmir. Bugünki gündə Sumqayıt şəhərində real iş yerləri və zavodlar çoxdur, lakin həmin iş yerlərində və ya zavodlarda işləmək üçün sadə vətəndaşları qəbul etmirlər. Bir ildən çoxdur mən bütün Nazirliklərə, İcra Hakimiyyətlərinə müraciətlər ünvanlamışam, onlarda köməklik etmirlər”.

Ramid İbrahimov

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »