Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müxalifətin böyük şəhərlərdəki üstünlüyü demokratiyanın göstəricisidir" - Şərh

Xəbər verdiyimiz kimi Türkiyədə böyük səs-küyə səbəb olan bələdiyyə seçkiləri keçirilib. Seçkilər ölkəmizdə də ciddi müzakirələrə səbəb olub və müxtəlif şəkildə şərh edilib.

Qərb mətbuatı bu seçkiləri Ərdoğan üçün referendum anlamını daşıdığını, bu "referendumda Ərdoğanın Ankara, İstanbul və İzmir kimi böyük şəhərləri, eləcə də, daha 9 şəhəri itirdiyini, iqtisadi geriləmənin seçkilərin nəticələrinə ciddi təsir göstərdiyini, Ərdoanın məğlub olduğunu yazır. Bu fikirlər doğrudurmu?

Sualımızı cavablandıran politoloq Nəzakət Məmmədova deyib ki, Türkiyənin böyük şəhərlərində müxalifətin üstünlük qazanması demokratiyanın göstəricisidir. Qərbin, eləcə də Amerikanın Türkiyəni qeyri-demokratiklikdə ittiham etməsi açıq aydın ifşa edildi:

"Türkiyədəki bələdiyyə seçkiləri ölkədə edilən siyasi sistemdə dəyişikliklərdən sonra, konstitusiyada edilən dəyişikliklərdən sonra keçirilən ilk seçkilər idi. Bu seçkilər demokratiyaya doğru atılan bir addım idi. Bildiyimiz kimi son dövlər Türkiyə həm Amerika, həm də Avropa tərəfindən demokratiyanın məhdudlaşdırılmasında, Ərdoğan hökuməti demokratiyanı məhdudlaşdırmaqda ittiham olunurdu. BU baxımdan azad bələdiyyə seçkilərinin keçirilməsi vacib bir amil idi. Və bu da Türkiyənin demokratiyaya atılan addım kimi mühüm əhəmiyyətli oldu.

Digər tərəfdən də biz müşahidə etdik ki, Ərdoğanın AK pariyasında geriləmə var. Partiyanın Türkiyənin iri şəhərlərində nüfuzunda geriləmə müşahidə etdik. Əvvəllər AKP səs çoxluğu ilə qələbə qazanırdısa, son seçkilərdə prezident seçkilərində gördük ki, Rəcəb Tayyib Ərdoğanın səs faizi Məhərrəm İncə ilə müqaisədə bir neçə faiz təşkil edir, bu seçkilərdə də AKP mütləq qələbə qazana bilmir. Çox çətinliklə seçkilərdə qələbə qazanmağa başlayıb. Son üç seçkilərdə çətinliklə qələbə qazansa da yenə də favoritliyini, liderliyini qoruyub saxlayır.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bələdiyyə sistemi Azərbaycanda yeni təsisatdır lakin Türkiyənin bu sahədə uzun illər təcrübəsi var ki, biz bu təcrübələrdən, seçki təcrübəsindən yararlana bilər. Türkiyədə bələdiyyələr torpaq satışı ilə məşğul olan bir qurum kimi yox, vətəndaşların dövlət idarəetməsində iştirakını təmin etmək baxımından təcrübəsi böyükdür".

CHP-nin güclənməsi və böyük şəhərlərdə seçkilərdə üstünlük əldə etməsi 2023-cü il baxımından Türkiyəyə hansı geosiyasi sürprizlər vəd edir? O zamana Türkiyənin güclü olması lazım. CHP-İyi Parti ittifaqı udsa, güclənsə, 2023-ə iqtidar olsalar, bu, həmin dövr üçün Ttürkiyəyə nə kimi nəticələr verər? Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması məsələsinə, Azərbaycan məsələsinəbu tendensiya necə təsir edər?

Politoloq deyir ki, Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan Türkiyənin strateji tərəfdaşı olaraq qalacaq. AK partiyanın üstünlüyü əlində saxlaması isə 2023-cü ildəki hədəflərin həyata keçirilməsində mühüm stimul olacaq:

"AKP böyük şəhərlərdə CHP-yə uduzdu. Lakin bununla belə AKP qalib gəlməsinin əhəmiyyhəti odur ki, Türkiyəni 2023-cü ildə böyük hədəfləri var, strateji hədəfləri var. Cümhuriyyətin 100 illiyi ilə bağlı AKP -nin böyük planları var ona görə də AKP-nin qalib olması bu planların həyata keçirilməsinə şərait yaratdı. Bu seçkilər Türkiyənin demokratiyaya atdığı addım idi ki, Azərbaycanın dövlət başçısı da Ərdoğanı bu münasibətlə təbrik etdi. AKP-nin mövqelərinin möhkəmlənməsi, üstünlüyü demək olmaz ki, Azərbaycanın zərərinədir. Hərçənd ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycana qarşı münasibətin dəyişməsi ehtimalı yoxdur. Amma AK partiyanın dönəmində Azərbaycan Türkiyə münasibətləri özünün ən yüksək mərhələsinə çatıb, iki ölkə birlikdə regional və qlobal layihələrə imza atıb.

Bələdiyyələr Azərbaycanda formal bir qurum yox, demokratik dövlət idarəetməsinin bir hissəsi olmalıdır, vətəndaşların dövlətin fəaliyyətində iştirakının təmin edilməsində rolu olmalıdır. Bu baxımdan da Türkiyədə keçirilən demokratik bəılədiyyə seçkilərinin bu sahədə zəngin təcrübəsi Azərbaycan üçün də mühüm əhəmiyyətə malik olan bir hadisədir. Biz Türkiyədəki bələdiyyə sisteminin fəaliyyətini tədqiq etməli və öyrənməliyik, bələdiyyələrin rolunu artırmalıyıq. Bu il bildiyimiz kimi bizdə də bələdiyyə seçkiləri keçiriləcək. Ona görə də Türkiyədəki bələdiyyə sistemlərini dərindən mənimsəməliyik.

Onu da qeyd edim ki, Amerika və Avropa Türkiyəni qeyri-demokratiklikdə ittiham etməkdə tələsdilər. Böyük şəhərlərdə müxalifətin qalib olması onu göstərdi ki, heç də Türkiyə qeyri-demokratik ölkə deyil. Onun demokratik seçki ən-ənəsinin olması bir daha özünü açıq-aydın şəkildə göstərdi".

Bizimyol.info

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »