Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millimizin heyəti açıqlandı
Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün bir araya gələcək.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytı xəbər verir ki, komanda aprelin 8-də və 9-da Bakıda məşq edəcək.

Ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada hazırlıq keçəcək yığmamız toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya millisi ilə yoldaşlıq oyunları keçirəcək.

Komandamızın bu oyunlar üçün heyəti açıqlanıb.

Millimizin heyəti: Rizvan Fərzəliyev, Rövşən Hüseynli, Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov ("Araz"), Fərid Atakişiyev, Namiq Məmmədkərimov, Samir Həmzəyev, Emin Kürdov (EKOL), Vitali Borisov ("Neftçi"), Sezar de Angelis Conatan Luiz ("Jetısu", Qazaxıstan), Teles Martins Tiaqo ("Norilskiy Nikel", Rusiya), Everton Kardoso ("Levante", İspaniya), Fineo de Araujo ("İPC Pelindo", İndoneziya).

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »