Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist və xarici qonaq tanınmış restorandan kənarlaşdırıldı - Açıqlama
Tanınmış jurnalistə və ölkəmizə gələn qonağa qarşı məşhur restoranda hörmətsizlik edildi.

Bu barədə məlumatı redaksiyamıza jurnalist Vüsal Səid Rzazadə verib. O bildirib ki, mühüm bir tədbir üçün ölkəmizə gələn qonağa və ona hörmətsizlik edilib, mühafizəçilərin iştirakı ilə onlar restorandan kənarlaşdırılıblar:

"Çox mühüm bir layihə üçün Təbrizdən ölkəmizə gələn hörmətli qonağımızla Ceyhun Hacıbəyli küçəsində yerləşən "İstanbul meyhane" restoranında əyləşdik. Masada əyləşən zaman bizə su gətirdilər. Mənim səhhətim nasaz olduğu üçün bir neçə dəqiqəlik tualetə getməli oldum. Qayıdan zaman isə restoranın adminstratoru tərəfindən "sürpriz"lə qarşılandım. Onlar kobud şəkildə dedilər ki, restorana tualet üçün gəlmisiniz, niyə sifariş etmirsiniz. Qalxın masanı və restoranı tərk edin. Sonra mühafizəçilər gəldi bizi restorandan çıxartmağa çalışdılar. Mən məsələyə aydınlıq gətirilməsini istədim. Qonağın təkidi ilə təhqirolunmuş formada restorandan çıxmalı oldum. Çıxan zaman bizə bir nəfər yaxınlaşdı və ötəri şəkildə üzrhaqlıq ifadə etdi amma bizi mühafizəçilər restorandan kənarlaşdırdılar, ölkəmizə gələn sayılıb-seçilən qonağımıza və mənə qarşı hörmətsizlik edildi".

Məsələ ilə bağlı restorandan bizimyol.info-ya redaksiyasına bildirildi ki, hadisənin baş verib-verməməsi dəqiq deyil, məsələ araşdırıldıqdan sonra məlumat veriləcəkdir. Həmçinin qeyd edilib ki, restoran yalnız müştərilərin rahatlığı üçün xidmət göstərir, əgər kimsə restorandan kənarlaşdırılması yalnız onların rəftarından asılıdır.

Bizimyol.info

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »