Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı rəsm əsəri yoxa çıxıb - Foto

Luvr muzeyinin əməkdaşları dünyanın ən bahalı rəsmi sayılan “Dünyanın xilaskarı” əsərinin harada olduğunu bilmirlər. Bu haqda “The New York Times” qəzeti yazıb.

Bizimyol.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri hələ keçən il rəsmin təqdimatını təxirə salmışdı. Əbu-Dabi mədəniyyət və turizm departamentindən sualları cavablandırmaqdan boyun qaçırıblar. Amma qeyri-rəsmi deyirlər ki, rəsmin harada olmasından xəbərsizdirlər.

“Dünyanın xilaskarı”, Leonardo da Vinçi “Dünyanın xilaskarı”, Leonardo da Vinçi

Qəzetə etibarlı mənbədən bildiriblər ki, Luvr muzeyinin əməkdaşları həm də “Salvator Mundi” kimi tanınan əsərin harada olduğunu bilməməyə baxmayaraq, onu tapmaqda israrlıdır. Çünki mayın 2-də rəsmin müəllifi Leonardo da Vinçinin ölümünün 500 illiyi qeyd olunmalıdır. Onda “Dünyanın xilaskarı” da rəsmsevərlərin qarşısına çıxmalıdır.

2017-ci ildə əsəri 450 milyon dollara satmışdılar. Rəsmi Səudiyyə Ərəbistanı şahzadələrindən Bədr ben Abdulla ben Məhəmməd ben Farhan əl-Səudun aldığı bildirilirdi. Amma əsər hələ də Luvrun Əbu-Dabidəki filialında saxlanılırdı.

Ümumiyyətlə, söz-söhbət gəzirdi ki, rəsmi o vaxt əslində Səudiyyə Ərəbistanı taxt-tacının varisi, kralın oğlu Məhəmməd ibn Salman Əl-Səud alıb. Amma özü bunu inkar edirdi.

Son xəbərlər
Bütün xəbərlər »