Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yeni metro stansiyası tikiləcək - Yer ayrıldı

İlk olaraq “B3” stansiyasının istifadəyə verilməsi nəzərdə tutulsa da, “Ağ şəhər” ərazisində yeni metrostansiyasının inşası üçün yer ayrılıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edib ki, stansiyanın inşasına nə zaman başlanılacağı ilə bağlı dəqiq tarix yoxdur: “Sözügedən və şərti olaraq “Y-14” adlanan yeni stansiyanın “Xətai” stansiyasından sonra inşası planlaşdırılır. Bu stansiya üçün nəzərdə tutulan ərazi 2011-ci ilin konseptial inkişaf sxemi əsasında seçilib və hasarlanıb.

Bəxtiyar Məmmədov

Bu xəttin davamı “Y-15”, neftayırma zavoduna yaxın ərazini əhatə edəcək. Digər hissəsi olan “Y-16” isə “Həzi Aslanov 2” stansiyasına birləşəcək. “Həzi Aslanov” stansiyasında da “Memar Əcəmi” stansiyasında olduğu kimi keçid olacaq.

Növbəti stansiyanın inşası Günəşli istiqamətində nəzərdə tutulur və xətt əsas “Y-14” və “YE-15” stansiyalarından başlayıb “Xətai” stansiyası ilə birləşdiriləcək. Bu sxem vasitəsilə gələcəkdə xətlər ayrılan zaman onların müstəqil şəkildə fəaliyyət göstərməsi üçün şərait yaranmış olacaq”.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »