Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə bələdiyyə seçkiləri: iqtidar ümumi, müxalifət isə böyük şəhərlərdə qələbə qazanıb

Türkiyə bələdiyyə seçkilərində səslərin 99,01% sayılıb və qalib Ədalət və İnkişaf Partiyası (AKP) elan olunub.

ONA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan AKP partiyası qərargahının balkonundan öz tərəfdarlarına müraciət edib.

Ərdoğan çıxışında AKP-MHP ittifaqının bələdiyyə seçkilərində qalib gəldiyini bildirib. Lakin Türkiyə liderinin çıxışında özünütənqid ifadələri də yer alıb. Belə ki, o, seçkilərdə AKP-nin uduzduğu yerlərdə təbliğat işinin düzgün aparalmadığını dilə gətirib.

AKP-nin ən böyük məğlubiyyəti paytaxt Ankarada baş tutub. Burada ilkin nəticələrə görə, qələbəni müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mansur Yavaş qazanıb.

İstanbulda da AKP üzvü, sabiq baş nazir Binəli Yıldrımın qələbəsi sual altındadır: onunla CHP-çi Əkrəm İmamoğlu arasında səs fərqi 0.5%-ə qədərdir və burada sona qədər mübarizə olacağı gözlənilir.

Türkiyənin üçüncü ən böyük şəhəri İzmirdə də qələbəni CHP təmsilçisi Mustafa Tunç Soher qazanıb.

Ümumiyyətlə, CHP tərəfdarları daha çox dəniz kənarı bölgələrdə səs çoxluğu əldə ediblər. AKP-MHP ittifaqi isə Orta Anadolu və digər daxili bölgələrdə zəfər çalıblar.

Seçkinin tam nəticələri bir neçə gündən sonra açıqlanacaq.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »