Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər heyvanların ayaq üstə yatmasının səbəbini açıqladılar

Heyvanların heç də hamısı insanlar kimi uzanıb yatmır. Ayaq üstə mürgüləyəni də çoxdur.

Bizimyol.info "Journal of Mammalogy" nəşrinə istinadən xəbər verir ki, Sürix Universitetinin alimləri heyvanların ayaq üstə yatmasının səbəbini tapıb. Bunun üçün dünyanın müxtəlif zooparklarında 250 heyvanın 30 minə qədər duruşunu analiz ediblər.

Yatan at Foto: Depositphotos

Analizdən sonra alimlər bu fikrə gəliblər ki, hər şey heyvanların anatomiyasından, qida qəbulundan, bədən ölçüsündən asılıdır. Məsələn, inəklər qarnı üstə uzanır. Çünki ağırlığın mədəyə bərabərqüvvəli düşməsini istəyirlər. Bu, həzm prosesini tənzimləyir.

Gəmiricilər oturaraq, kenqurular isə arxası üstə dincəlir. Heyvanların ölçüləri böyük olduqca, onlar daha az uzanır. Uzansalar da, uzağı bir tərəfi üstə.

Begemotlar Begemotlar | Foto: Pixabay.com

Heyvanlar uzanananda tez ayağa qalxmaq amilini də nəzəra alırlar. Vəhşi təbiətdə hər an hər şey baş verə bilər. Kərgədanlar tez ayağa qalxmağı bacardıqlarından, uzanmaqdan narahat deyillər. Elə ayaq üstə yatan heyvanlar da bu amili nəzərə alırlar: Ayağa qalxmaqda ləngimək ehtimalından ehtiyatlanan heyvanlar ayaq üstə dincəlməyə üstünlük verirlər.

Son xəbərlər
Bütün xəbərlər »