Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diqqətdən kənarda qalan 10 şedevr film

Səviyyəli filmlərin heç də hamısı festivallarda mükafat qazanmır.

Bir çox uğurlu ekran əsərləri diqqətdən kənarda qalır. Bizimyol.info sizə 10 belə filmi təqdim edir:

1. “Həyatın özü” (Life Itself, 2018)

“Həyatın özü” (Life Itself, 2018) © Life Itself / FilmNation Entertainment

“Bu bizik” serialının rejissoru Den Foqelman yenə yaxşı iş ortaya qoyub. Filmin baş qəhrəmanları onillərlə münasibətdə olan adamlardır. Kino tənqidçiləri yüksək fikirdə olmasa da, tamaşaçıların çox ürəyincədir.

2. “Qalveston” (Galveston, 2018)

“Qalveston” (Galveston, 2018) © Galveston / Jean Doumanian Productions

Hadisələrin mərkəzində Roy adlı muzdlu killer dayanır. İşlərin birində tələyə düşür. Film çox yaxşıdır. Sadəcə, motivləri əsasında çəkilmiş əsərdən çox fərqləndiyinə görə tənqidə məruz qalır.

3. “İsti yay gecələri” (Hot Summer Nights, 2017)

“İsti yay gecələri” (Hot Summer Nights, 2017) © Hot Summer Nights / A24

Atasını itirən yeniyetmə özü ilə təklikdə daha çox vaxt keçirməli olur. Gözəl Makkeyl və onun xuliqan qardaşı Hanter ilə tanışlıq həyatını çox dəyişir. Ötən əsrin 60-cı illəri haqda danışan filmdir.

4. “Tort” (Cake, 2014)

“Tort” (Cake, 2014) © Cake / Warner Bros.

Cennifer Enistonu daha çox komediya filmlərində görürük. Aktrisa bu dəfə bacarığını başqa rakursdan göstərib. Baş qəhrəman psixoloji bərpa kursuna birlikdə getdiyi qızın ölümünü araşdırmağa çalışır.

5. “Balaca qəribə uşaq” (The Little Stranger, 2018)

“Balaca qəribə uşaq” (The Little Stranger, 2018) © The Little Stranger / Anguille Productions

Bir az mistik filmdir. Doktor Faradey köhnə evə pasiyentə baxmağa gəlir. Burada isə qəribə hadisələr baş verir. Tamaşaçılar hesab edir ki, süjet çox tanışdır.

6. “Qarın içindən” (Snowpiercer, 2013)

“Qarın içindən” (Snowpiercer, 2013) © Snowpiercer / Moho Film

Tilda Suindonun baş rolu ifa etdiyi film zəif ola bilməz. Yer kürəsinə yenə buz dövrü gəlib. Sağ qalanlar bir qatara yığışıb. Hətta qatarda da insanlar varlılar və kasıblara bölünüb.

7. “Qaranlıq fikirlər” (The Darkest Minds, 2018)

“Qaranlıq fikirlər” (The Darkest Minds, 2018) © The Darkest Minds / 21 Laps Entertainment

Hökumət yeniyetmələri həbs edib, xüsusi düşərgəyə göndərir. Baş qəhrəman olan qız oradan qaçmağı bacarır. Bu film Coan Roulinqin “Harri Potter”ini çox xatırladır.

8. “Dostlar” (Les deux amis, 2015)

“Dostlar” (Les deux amis, 2015) © Les deux amis / Les Films des Tournelles

Fransız kinosunu bəyənənlər üçün yaxşı filmdir. Özündənrazı yaraşıqlı Abel ilə gənc aktyor Kleman bir qıza vurulur. Əslində, hər üçü dostdur. Amma Mona seçim etməyə tələsmir.

9. “London tarlaları” (London Fields, 2018)

“London tarlaları” (London Fields, 2018) © London Fields / Periscope Entertainment

Barda gözəl Nikolanın peyda olması yazıçını çox ilhamlandırır. O yazıçını ki, 20 ilə yaxındır heç nə yaza bilmir. Nikolanın ölümü haqda isə yazmağa dəyər.

10. “Sükut” (Silencio, 2018)

“Sükut” (Silencio, 2018) © Silencio / Uncork'd Entertainment

Ana sevgisi haqda elmi-fantastik trillerdir. Qadın sehrli daşı tapmaq üçün Meksikaya yollanır. Həmin daş oğlunun həyatını xilas edə bilər. Amma onun qarşısına çox sədd çıxır.

Son xəbərlər
Bütün xəbərlər »