Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İdmançı qadın komaya düşəndən iki ay sonra ana oldu - Foto

Portuqaliyalı kanoeçi Katarina Sekeyra beyin ölümündən sonra dünyaya uşaq gətirib. Hələ yanvarın sonlarında onun beyni fəaliyyətini dayandırmışdı.

Bizimyol.info xəbər verir ki, 26 yaşlı idmançı hamiləliyin 19-ci həftəsində ağır astma tutması ilə xəstəxanaya gətirilib. Komaya düşən qadında bir neçə gün sonra beynin işinin dayanması aşkar edilmişdi.

Katarina Sekeyra Katarina Sekeyra | Foto: Facebook

Sonrakı 56 gündə həkimlər onun orqanizminin həyat fəaliyyətini dayandırmaması üçün əlindən gələni edib. Hamiləliyin 32-ci həftəsində isə qeysəriyyə əməliyyatı ehtiyacı yaranıb. Doğuşdan sonra Sekeyranı həyat təmin edən sistemdən ayırıblar. Əlbəttə, uşaq vaxtından əvvəl doğulduğuna görə onun çəkisi çox azdır – cəmi 1,7 kq. Buna baxmayaraq, körpə sağlamdır.

Sekeyra uşaqlıqdan astmadan əziyyət çəkirdi. Xəstəliyi ona heç vaxt Portuqaliyanı beynəlxalq arenada yüksək səviyyədə təmsil etməyə mane olmayıb. İndi onun övladını həyat yoldaşı böyüdəcək.

Son xəbərlər
Bütün xəbərlər »