Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərlan Əhmədov: "Matçın ədalətli nəticəsi heç-heçə idi"

"Hər iki komandanın oyunu maraqlı və əzmkar idi. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə idi".

Bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXII turunda evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra söyləyib.

O, futbolçularının çıxışından razı qaldığını bildirib: "Penalti epizoduna gəlincə, buna baxmaq lazımdır. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur. Ona görə narazılıq edirdim".

Baş məşqçi matçın 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edən qapıçı Kamran Ağayevin də durumuna aydınlıq gətirib: "Onun sol əlində çat var. Artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizimlə olmayacaq". (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »