Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meymunlar xəstəxanaya hücum edib xəstələrin yeməklərini oğurlayırlar

Cənubi Afrika Respublikasının Durban şəhərindəki xəstəxanalardan biri bütün qüvvəsini meymunlarla mübarizəyə cəlb edib. Velvet növündən olan meymunlar bura tez-tez hücum edir, pasiyentlərin yeməklərini oğurlayır.

Bizimyol.info xəbər verir ki, heyvanlar ilk dəfə Yeni il bayramı ərəfəsində belə addım atıb. Onlar açıq pəncərədən içəri daxil olub, palataları dağıdıblar. Daha çox meyvələri yeyiblər. Xəstəxanadan deyirlər ki, pəncərələrin hamısını bağlamaq olmur. Çünki çox istidir. Palataların az hissəsində kondisioner var.

Meymunlar isə bura əməlli-başlı dadanıb. Getdikcə sayları artır. Axırıncı dəfə xəstəxanaya 20-dən çox meymun hücum edib. Bu faktla bağlı Cənibi Afrika Respublikasının Səhiyyə Nazirliyində də çox narahatdırlar. Nazirlikdə həm də meymunların vərəm, sarı qızdırma, hepatit kimi xəstəlikləri yaya biləcəyindən çəkinirlər. Meymunlar çox aqressiv davranır. Hətta tibbi ləvazimatları da dağıdıb sıradan çıxarırlar.

Xəstəxana meymunlarla mübarizə üçün böyük qrup ayırıb. Qrup onların içəri daxil olmasını əngəlləməyə çalışacaq.

Əslində, Velvet meymunları çox böyük deyil. Çəkiləri 8 kiloqramı, boyları 60 santimetri keçmir.

Son xəbərlər
Bütün xəbərlər »