Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi bəyəndiyi beş futbolçunun adını dedi

Lionel Messini dünyanın ən yaxşı futbolçusu sayan çoxdur. Bəs argentinalı oyunçu kimləri bəyənir? Messi vətənində “FM Club 947” radiostansiyasına bu barədə fikrini deyib.

Bizimyol.info xəbər verir ki, “Barselona”nın ulduzu ən çox bəyəndiyi beş futbolçunun adını çəkib. Messi PSJ-dən Neymarla Kilian Mbappeni, “Mançester Siti”dən Serxio Aqueronu, “Çelsi”dən Eden Azarı və komanda yoldaşı Luis Suaresi fərqləndirib. Argentinalı özünü və portuqaliyalı ulduz Kriştiano Ronaldonu da ayrıca qeyd edib.

Ronaldo

Messi Ronaldo üçün darıxdığını deyib. Onun fikrincə, Portuqaliya milli komandasının kapitanı “Real”da oynayanda İspaniya çempionatı daha nüfuzlu görünürdü.

2018-ci ilə qədər məhz Messi ilə Ronaldo 10 il ardıcıl dünyanın ən yaxşı futbolçusu adını öz arasında bölüşmüşdü. Keçən il “Real”dan Luka Modriç vəziyyəti dəyişdi.

Luka Modriç Luka Modriç

Messinin adını çəkdiyi beş futbolçudan üçü ilə “Real” maraqlanır. Madrid klubu Neymarı, Mbappeni və Azarı almaq istəyir.

Son xəbərlər
Bütün xəbərlər »