Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1915-ci ilin “Coca-Cola” şüşəsini 150 min dollara satırlar - Foto

ABŞ-ın Pensilvaniya ştatında hərraca 1915-ci ildə istehsal olunmuş “Coca-Cola” içkisinin nadir şüşə butılkalarından birini çıxarıblar. Bu haqda “Morphy Auctions” hərrac evi məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, lotun start qiyməti 150 min dollar qoyulub. Ekspertlərin dediyinə görə, bu, “Coca-Cola”nın həmin dövrdəki istehsalından qalan yeganə butılkadır. Sanki indicə zavoddan çıxıb, çox yaxşı qalıb, heç bir yeri cızılmayıb.

1915-ci ildə istehsal olunmuş “Coca-Cola” içkisinin şüşəsi

ABŞ şirkəti o vaxt bir çox dizaynerlərə pul ödəmişdi ki, butılkanın müxtəlif eskizləri hazırlansın. O vaxt şirkətə 8 nümunə təqdim olunmuşdu. “Coca-Cola” universal dizayn istəyirdi. Sonda bu variant üzərində dayandılar. Başqa nümunələr məhv edildi. İçki isə 1917-ci ildə satışa çıxmışdı.

Son xəbərlər
Bütün xəbərlər »