Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qoca qadınlar xuliqanı əsa ilə döydülər

Kanadanın Edmonton şəhərində kilsədə rahibə hücum ediblər. Axşam xidmətindən sonra sərxoş olduğu sezilən adam onu yerə yıxaraq, boğmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, keşişi xuliqanın əlindən qoca qadınlar qurtarıb. Oğlanı əsa ilə o qədər vurublar ki, o, çıxış yolunu qaçmaqda görüb.

Edmonton dini şurasının nümayəndəsi Lorreyn Turçanski qadınlara çox minnətdar olduqlarını deyib: “Şoka düşsələr də, özlərini itirməyiblər”.

Turçanski yalnız ona təəssüflənir ki, qadınların 911 xidmətinə zəng vurmaq üçün telefonu olmayıb. Xuliqan qaçıb gizlənə bilib. Onu polis axtarır.

Keçən il Almaniyanın paytaxtı Berlində buna oxşar hadisə baş vermişdi. 103 yaşlı qadın evinə soxulan oğruları əsa ilə qovmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »