Bizimyol.info xəbər verir ki, Milli Məclisin iclasında bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub. Bundan əlavə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı da daha 1 il vergidən azad olunacaq. Vergidən azadetmə 2021-ci ilədək davam edəcək. Layihə səsverməyə çıxarılıb və qəbul edilib.
Rəşad VAQİFOĞLU






