Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsrin "dollar fırıldağı" və ya müəmmalı sui-qəsdlərin sirri - Video

1961-ci ilin may ayında Parisdə çox gurultulu bir xəbər yayıldı. Xüsusi xidmət orqanları səs-küylü bir qətlin qarşısını son onda aldırlar.

Söhbət elə-belə bir sui-qəsddən getmirdi. Peşakar killer dövlət başçısı Şarl de Qollu aradan götürməyə hazırlaşırdı. Fransanın prezidenti möcüzə nəticəsində canını qurtara bildi. Amma bu ancaq başlanğıc idi. On ildən az bir müddət ərzində ona 30-dan çox sui-qəsd hazırlandı. Bu cinayətin sirli və qüdrətli sifarişçisi ancaq bir şey istəyirdi – de Qollun ölümünü... Dalbadal təzə killərlər tutur, onlara ağlasığmaz pullar təklif edirdi.

Bəs Şarl de Qollu öldürmək istəyənlər kimlər idi? Qəribə bir fakt – bu sui-qəsdlər Fransa prezidenti Amerika valyutasının əsl dəyərinə şübhə edərək dolları ölkəsinin tədavülündən çıxartmağı qərəra alan kimi başladı.

Fikir verin, Yaxın Şərqin dövlət başçıları olan Səddam Hüseyn və Müəmmar Kaddafi də məhv edilməmişdən əvvəl ölkələrinin neftini dollar qarşılığında satmaqdan imtina eləmişdilər. Bu nə deməkdir? Qlobal sui-qəsd?.. Yoxsa bəlkə əsrin ən böyük maliyyə fırıldağının üstünü örtmək?

Bəs bu maliyyə fırıldağını, dollar fırıldağını düzüb qoşan kimlər olub? O nədən ibarətdir və ən əsası bizim hər birimizə necə təsir edir? Dünyanı yaşıl rəngli bu pullarla dolamağı kim və niyə fikirləşdi? Bütün bu sualların cavabı aşağıdakı videoda:

Son xəbərlər
Bütün xəbərlər »