Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nadir xəstəlik üzündən sutkada 22 saat yatır...

İnsanlar sutkada orta hesabla 7-8 saat yatır. Amma bunun Roda Rodrigez-Diaza dəxli yoxdur. Böyük Britaniyada yaşayan tələbə gündə 22 saat yatır.

Bizimyol.info xəbər verir ki, Lester şəhərindən olan qız nadir xəstəlikdən əziyyət çəkir. Hələ uşaq olandan hipersomniya ona rahat yaşamağa imkan vermir. Rodanı gündüzlər də yuxu tuturdu. Özünü həmişə yorğun hiss edirdi. Dərslərini çatdıra bilmirdi. İdmanla məşğul olmaq mümkün deyildi.

İndi Rodrigez-Diazın vəziyyəti lap ağırlaşıb. Gün ərzində cəmi iki saat oyaq olur. 21 yaşlı qız “həyat məndən yan ötür” deyir.

Keçən il Rodanı oxuduğu universitetdən qovmuşdular. Kurs işlərini vaxtında təhvil verməmişdi. İmtahanların yarısına gəlməmişdi. Yalnız bundan sonra keçən ilin sentyabrında həkimə gedib. Ona diaqnoz qoyublar. Universitetdə nadir xəstəlikdən xəbər tutandan sonra Rodanın ikinci kursu başa vurması üçün xüsusi proqram tutublar.

Rodrigez-Diaz deyir: “Adamlara harada olduğumu izah etmək çox çətindir. Nadir xəstəlikdir deyə, hamı anlamır. Amma çalışıram ki, xəstəlik həyatıma az təsir göstərsin”.

Son xəbərlər
Bütün xəbərlər »