Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğlan qadınla bağlı tələblərini yazdı, gülüş hədəfinə çevrildi

Kişilərin qadınlardan, qadınların da kişilərdən müəyyən gözləntisi var. Hər iki cins qarşı tərəfin necə davranmalı olduğu haqda mülahizələr irəli sürür. Adətən, bunu konkret çərçivəyə də salmağa çalışırıq.

Bizimyol.info xəbər verir ki, ABŞ-da yaşayan Çed adlı oğlan “Tinder” sosial şəbəkəsində qadınlarla bağlı tələblərini yazıb və gülüş obyektinə çevrilib. Onun istəklərini yazaq: qadın idman zalına getməlidir, sevgilisinə maksimum diqqət ayırmalıdır, yaxşı yemək bişirməlidir, məişət təmizliyini bacarmalıdır, öz evi olmalıdır, ildə azı 70 min dollar qazanmalıdır. Çed əlavə edib: “Kim bu kriteriyalarla razıdırsa, əlini qaldırsın”.

Sosial şəbəkədə Çedi çox ələ salıblar. Onu özündənrazı adlandırıblar. Ortaya məntiqli sual da qoyublar: Çedin sevgilisi belə çox işləyəcəksə, bəs oğlana necə diqqət ayıracaq?

Amerikalı oğlanın bədən quruluşunun qənaətbəxş olmamasını da çox lağa qoyublar. İroniya ilə yazıblar: “Belə möcüzəvi bədənlə hələ çox az şey istəyir”.

Son xəbərlər
Bütün xəbərlər »