Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səxavətli müştəri ofisiantlara çoxlu pul payladı - Foto

ABŞ-ın Men ştatında səxavətli müştəri ofisiantları çox sevindirib. Restoranda nahar edən ər-arvad iki ofisiantın hərəsinə 1000 dollar verib.

Bizimyol.info xəbər verir ki, cütlük həmin restorana ilk dəfədir gəlibmiş. Ofisiantların dediyinə görə, özlərini çox sakit və kübar aparırlarmış. Ayağa qalxanda meneceri çağırıblar. Bu zaman ofisiantlar narahat olub. Elə biliblər ki, onların işindən narazılıq var. Amma sürprizlə qarşılaşıblar. Müştəri menecerə ofisiantlar üçün 2000 dollar verib.

ABŞ-da etiket qaydalarına görə, ofisiantlara çaypulu verilir. Çaypulu ümumi hesabın 20 faizini keçə bilməz. Ər-arvad 48 dollarlıq yemək, içki sifariş edibmiş. Deməli, onlardan maksimum 9,6 dollar çaypulu götürmək olar. Amma müştəri 220 dəfə çox pul vermək qərarına gəlib.

Son xəbərlər
Bütün xəbərlər »