Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmosa 3D printerlə hazırlanmış peyk göndərildi
Beynəlxalq Kosmos Stansiyasında (BKS) fəaliyyət göstərən rus kosmonavtlar 3D printerlə hazırlanmış ilk peyki kosmosa göndəriblər.

AZƏRTAC xəbər verir ki, Fyodor Yurçikin və Sergey Ryazanskiy stansiyada həyata keçirdikləri altı saatlıq yürüş zamanı kosmosa beş nanopeyk göndəriblər. Peyklərdən birinin örtüyü və batareya qutusu 3D printerlə hazırlanıb. Kosmonavtların məqsədi 3D printerlə hazırlanmış peyk hissələrinin kosmos şəraitində necə reaksiya verəcəyini müşahidə etmək olub.

Sibirin Tomsk Politexnik Universitetində hazırlanmış peyklə kosmosa müxtəlif dillərdə salam da göndərilib. 4,5 və 10 kiloqram ağırlıqlarında olan peyklərin 5-6 ay orbitdə olması gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »