Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çörçillin şlyapasını və portsiqarını zibillikdən tapdılar - Foto

Uinston Çörçill Böyük Britaniya tarixində xüsusi yeri olan adamdır. Keçmiş baş nazirlə bağlı hər şey ingilislər üçün dəyərlidir.

Bizimyol.info xəbər verir ki, Çörçillin zibillikdən şlyapasını və portsiqarını tapıblar. Zibilxana işçisi Devid Rouz əvvəlcə məişət tullantıları arasında silindr adlanan uzunsov papaq görüb. Bir az diqqətlə baxanda keçmiş baş nazirin portsiqarı və siqarı gözünə dəyib. Rouz axırda 200 məktubdan ibarət bağlama da tapıb. Amma məktublar Çörçillin deyil. Onun qadın aşpazı öz oğluna yazıbmış.

Çörçillin şlyapasını və portsiqarını zibillikdən tapdılar Foto: Anna Gordon

Elə şlyapanı və portsiqarı da keçmiş baş nazir həmin qadına bağışlayıbmış. Aşpazın işindən çox razı qalırmış. Amma qadın da məktublarda Çörçilldən çox bəhs edib. Onun məşğuliyyətləri, səhhəti, əhvalı haqda danışıb, nazirlə bağlı maraqlı faktları yazıb. Məktubların arasında Çörçillin imzalanmış fotosu da var.

15 ildir zibillərin çeşidlənməsi ilə məşğul olan Devid əntiq əşyalar üzrə mütəxəssislərə müraciət edib. Mütəxəssislər tapıntıların Çörçillə məxsus olmasını təqdiq ediblər. Bunlara qiymət də qoyulub. Rouz əşyaları satmaq istəsə, təxminən 10 min funt sterlinq (13 min dollardan çox) qazana bilər. Mütəxəssislər məktublardakı xırdalıqları qeyd edir. Elə vacib məqamlar var ki, bunları yalnız Çörçillə yaxın adam bilərdi.

Son xəbərlər
Bütün xəbərlər »