Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şirin içkilər insan bədənində xərçəng yaradır...” - Ekspert

Harvard universitetinin alimləri belə qərara gəliblər ki, şirin içkilər ölüm riskini artırır.

Araşdırma 80 min qadın və 37 min kişi üzərində aparılıb. Müəyyən edilib ki, şəkər tərkibli içkilər insanın ömrünün uzunluğuna təsir edir. Belə ki, həftədə 2-6 pay içənlərin ölüm riski 6 faiz, hər gün içənlərin isə ölüm riski 14 faiz artır. Bildirilir ki, gündə 2 pay bu içkilərdən içənlərin ürək xəstəliklərində ölüm riski 31 faiz artmış olur.

Qida təhlükəsizliyi üzrə mütəxəssis İsa Əliyev Moderator.az-a açıqlamasında bu cür içkilərin bir müddət sonra insan bədənində müxtəlif xəstəliklər yaratdığını bildirdi:

“Ümumiyyətlə, qida mütəxəssislərinin ümumi rəyi bundan ibarətdir ki, hazırda bazarlarda satılan içəcəklərin çoxunda inqrediyentlərdən istifadə olunur və hansı ki, bunlar qida boyası, aromalar və s. maddələrdir. Bəzən görürsünüz ki, hansısa meyvə içkisinin içində meyvədən əsər-əlamət yoxdur, rəng, aroma, şəkər və sair maddələr var. Birbaşa olmasa da, müəyyən dövr ərzində həmin süni aromaların insan sağlamlığına zərəri olur. Bu cür maddələr insan mədənindən gec sovurulduğu üçün o qalıqlar bəlli bir zamandan sonra bəzi bədxassəli şişlər və xərçəng xəstəlikləri əmələ gətirə bilir. Ona görə də insanlarımız diqqətli olmalıdırlar”.

Son xəbərlər
Bütün xəbərlər »