Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu dərmanlar açıldıqdan 1 ay sonra atılmalıdır”
Pediatr Altay Abdullaoğlu dərmanların saxlanılma müddəti ilə bağlı açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, onun sözlərinə görə, suspenziya(sirop) halda olan preparatlar açıldıqdan 1 ay sonra atılmalıdır:

"Saxlanma müddəti keçməsə də, bu dərmanları saxlamaq düzgün deyil. Toz halında olan dərmanlar isə ağzı açılıb sulandırıldıqdan 2 həftə sonra atılmalıdır. Toz dərmanlar isə daha qısa müddət saxlanılır. Çünki belə saxlanmış dərmanların təsir effekti azalmaqla bərabər, uşaqlara zərər də verə bilər. Nəticə olaraq bildirmək istəyirik ki, bu cür dərmanlar uzun müddət qalarsa istifadə etməyin. Bundan əlavə, bilmək lazımdır ki, istənilən sirop açıldıqdan sonra sərin, quru və uşaqların əli çatmayan yerdə mühafizə olunmalıdır.

Ümumiyyətlə, antibiotiklər də daxil olmaqla dərmanları açıqdıqdan sonra 7-10 gündən artıq saxlamaq yolverilməzdir. Lakin bəzi istisnalar da var. Bu istisnalar ümumi qaydaya zidd deyil. Yəni bəzi dərmanları həkim göstərişi ilə daha uzun müddət saxlaya bilərsiniz".

Son xəbərlər
Bütün xəbərlər »