Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdəmir-Mollakənd-Zərdab yolu bataqlığa dönüb - Video
Kürdəmir-Mollakənd-Zərdab yolu yararsız vəziyyətdə olduğundan bu yolla hərəkət edən sürücülər həyacan təbili çalır.

Yola asfalt örtüyünün döşənməsinə ehtiyac var.

Bu barədə bizimyol.info-ya Mollakənd sakini Vüsal Nəbiyev bildirib.

O qeyd edib ki, dəfələrlə təmir olunan yolun Zərdab rayonuna aid olan hissəsi normal vəziyyətdədir. Lakin Kürdəmirə aid olan hissəsi baxımsız vəziyyətdədir, dağılan yerləri bərpa olunmur.

Şikayətçinin sözlərinə görə, hazırda keçilməz bataqlığa dönən bu yoldan hər gün Kürdəmirin kəndlərinə, Zərdab, Ağcabədi rayonlarına getmək üçün minlərlə insan istifadə edir. Yolun bərbad vəziyyətə düşməsi bu yoldan istifadə edən minlərlə insanın narahatlığına səbəb olub. Onlar yolun yaratdığı narahatlıqla yanaşı, avtomobillərə də ciddi ziyan vurduğunu bildiriblər.

Bataqlığa dönən yolun videosunu təqdim edirik:

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »