Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Canlı yayımda dua oxuyan keşiş bıçaqlandı - Video

Fransada kilsədə ayinin son duası oxunarkən adamların içindən bir təcavüzkar çıxıb və əlindəki bıçaqla keşişə hücum edib.

Canlı yayımda yaşanan qorxunc anlar Montreal şəhərində baş verib.

Bizimyol.info Moderator.az-a istinadən xəbər verir ki, hücumdan qaçmaq istəyən keşiş yerə yıxılıb. Bu zaman təcavüzkar onu yaxalayıb və bıçaqlamağa başlayıb.

Kilsədə olan digər insanlar və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə zərərsiz hala gətirilən təcavüzkar nəzarətə götürülüb.

Xəstəxanaya aparılan keşişin vəziyyətinin normal olduğu və təcavüzkarın onu nə səbəblə bıçaqladığının bilinmədiyi bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »