Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı - Video

Botsvanada pilot təyyarə ilə həyat yoldaşını öldürməyə çalışıb.

“Eyewitness News”un məlumatına görə, hadisə ölkənin paytaxtı Qaboronedə baş verib.

İlkin məlumatlara görə, pilot hadisədən bir neçə saat əvvəl həyat yoldaşı ilə mübahisə edib. Mübahisədən sonra isə həyat yoldaşını öldürmək qərarına gələn pilot təyyarəni evinin üstünə çırpıb.

Hadisə nəticəsində pilot həyatını itirib. Ailə üzvləri isə evdən qaçaraq sağ qalıblar.

Xatırladaq ki, təyyarənin evə çırpılması nəticəsində ev tamamilə dağılıb. Ətrafdakı 11-ə yaxın nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

https://twitter.com/SchoemanThinus/status/1109740568471629825

Son xəbərlər
Bütün xəbərlər »