Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur meyxanaçı Aydın Xırdalanlı vəfat etdi

Meyxanaçı Aydın Xırdalanlı dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, meyxana ustası martın 23-də uzun sürən xəstəlikdən sonra Bakıda yaşadığı evdə vəfat edib.

Yaxınlarının sözlərinə görə, Aydın Xırdalanlı xeyli vaxt idi ki, qaraciyər serrozundan əziyyət çəkirdi. Vaxtilə ANS-dəki "De gəlsin" yarışmasında iştirakdan sonra populyarlaşan meyxana ustası son dövrlərdə tanınmaz hala düşmüşdü.

Aydın Xırdalanlı Aydın Xırdalanlı

Bir neçə ay öncə "Azad Azərbaycan" telekanalında aparıcı Nanə Ağamalıyevanın “Show ATV" verilişində qonaq olan meyxanaçı səhhətindəki problemlər üzündən sonadək proqramda qala bilməmişdi.

Son xəbərlər
Bütün xəbərlər »