Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən sülhsevər 10 ölkəsi - SİYAHI
Dünyanın bu ölkələrində yaşamaq sakitlik və rahatlıq tapmaq deməkdir. Baş verən qarmaqarışıqlıqlardan uzaq sakit və sülh içində həyatını davam etdirən dünya ölkələri ilə tanış olun.

10. Kanada

Əhalisinin 2/3’i qədər köç qəbul etmiş Kanada bununla belə, ən sakit və keyfiyyətli həyat standartlarına sahib ölkələrdən biridir. G8’də yer alan Şimali Amerika ölkəsində həm iqtisadi həm də insan haqqları baxımından çox inkişaf edib. Eyni zamanda, Kanada cinayətlərin ən az olduğu ölkələrdən biridir.

9. Sinqapur

Şəhər-dövləti olan Sinqapur dünyanın ən böyük limanına sahib olsa da sakit və mədəni həyat tərzi olan bir yerdir. Şərqi Asiyada yer alan bu ölkədə sosyal ədalətin qorunması və cinayətlərin çox az olması siyahıya girməsində böyük rolu oldu.

8. İsveç

Skandinaviyada yerləşən İsveç insan haqlarına və həyat tərzinə ən çox hörmət edilən yerlərdən biridir. İstər təbiəti, istər həyat standartları ilə dünyanın ən güvənli ölkələrindən biridir.

7. Yeni Zelandiya

Avstraliyanın cənub qonşusu olan, keçmiş Böyük Britaniya koloniyası Yeni Zelandiya mükəmməl təbiəti və əlçatmazlığı ilə yanaşı təhlükəsiz və tolerant bir ölkə olması ilə də tanınır.

6. İsveçrə

Avropanın mərkəzində yer alan bu unikal dövlət sadəcə bankları, şokoladı və saatları ilə deyil həm də təhlükəsizliyi və insan haqqlarına olan hörməti ilə də digərlərindən fərqlənir.

5. Avstriya

Keçmişdə Hitlerin ortaya çıxdığı ölkə olsa da təhlükəsizliyi, təbiəti və musiqisi ilə mükəmməl bir ölkədir. Almaniyanın cənubunda yerləşən Avstriya Avropanın və dünyanın sülhsevər ölkələrindən biridir.

4. Finlandiya

Sadəcə interneti təməl haqq olaraq tanınması belə fərqli ölkə olduğunu göstərir. Skandinav ölkəsi həm də insan haqlarına görə ən sülhsevər, sakit yerlərindən biridir.

3. Danimarka

Yenə bir Skandinav ölkəsi. Danimarka və paytaxtı Kopenhagen incəsənəti, memari quruluşu və insanlara verdiyi dəyər ilə 3. sırada yer alır.

2. Norveç

Adam başına düşən gəlirin 96.000 dollar olduğu ölkə öz vətəndaşlarına sadəcə zəngin həyat təklif etmir. Norveçdə insanq haqları, tolerantlıq yüksək dəyər görür.

1. İslandiya

Avropanın qərbində yerləşən bu ada dünyanın ən təhlükəsiz və sakit ölkəsinə ev sahibliyi edir. Toplamda 319.000 əhalisi olan ölkə ordusu olmadan NATO’ya üzv olan tək ölkədir.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »