Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Breksitə görə İngiltərənin hökumət saytı çökdü

Breksitin ləğvi üçün başladılan petisiyaya görə bu gün səhər saatlarında İngilətərənin hökumət saytı çöküb.

Lissabon müqaviləsinin 50-ci maddəsinin ləğvi və İngiltərənin Avropa Birliyinə üzvlüyünün qorunması üçün başladılan petisiya dəqiqədə 1500 dəfə kliklənib. Buna görə də petisiyanın yayımlandığı hökumət saytında texniki nasazlıq baş verib. Saytdakı problem həll edilsə də, 1 saat sonra eyni hal yenidən təkrarlanıb.

Toplanan imzaların sayı qısa müddətdə 750 mini keçib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »